Zəka sahiblərimizdən növbəti uğur

Zəka sahiblərimizdən növbəti uğur

Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatı başa çatıb. Qitə çempionatında Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər. Şahmatçılarımızdan Gülsənəm Ağayeva (A qrupu) qızların yarışında birinci, ümumi nəticədə isə ikinci olub. Elnur Mehtiyev isə C qrupunun qalibi adına layiq görülüb. Turnirin D qrupunda mübarizə aparmış şahmatçılarımız Murad İbrahimli qızıl, Abdulla Qədimbəyli gümüş medal qazanıblar.