Üzgüçülər qəzada həlak oldular

Üzgüçülər qəzada həlak oldular

22 yaşlı italiyalı üzgüçü Fabio Lombini təyyarə qəzası nəticəsində dünyasını dəyişib. Həmçinin qəza nəticəsində onunla yanaşı, 23 yaşlı üzgüçü Jiole Rosseti də həlak olub. Bildirilir ki, təyyarə havaya qalxdıqdan sonra yerə çırpılıb və yanmağa başlayıb.
Məlumat üçün bildirək ki, F.Lombini 2017-ci ildə qısa məsafədə üzgüçülük üzrə Avropa çempionatının iştirakçısı olub. İdmançı sərbəst şəkildə 200 metr məsafədəki yarışlarda səkkizinci pillədə qərarlaşıb. Həmçinin o, həmin ildə Universiada yarışlarında da çıxış edib.