“Neftçi” məşqlərə start verdi

“Neftçi” məşqlərə start verdi

Koronavirus pandemiyasının (COVID-19) yayılması səbəbindən ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar olaraq, martın 14-də fəaliyyətini müvəqqəti dayandırmış "Neftçi” bu gün tam fəaliyyətə başlayıb.
Komanda məşqləri bərpa edib. "Ağ-qaralar” "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.
Qeyd edək ki, "Neftçi” uzun fasilədən sonra Premyer Liqada ilk oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.