Şvaynştayger məşqçiliyə başlamaq niyyətindədir

Şvaynştayger məşqçiliyə başlamaq niyyətindədir

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger məşqçiliyə başlamaq istədiyini açıqlayıb. 35 yaşlı keçmiş futbolçu ölkəsinin mətbuatına müsahibəsində bildirib. O, xoşuna gələcək maraqlı bir variant yaransa, bu barədə düşünəcəyini deyib.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan və karyerasının böyük hissəsini Münhen klubunda keçirən Şvaynştayger İngiltərədə "Mançester Yunayted", ABŞ-da "Çikaqo Fayr" komandalarının da heyətində çıxış edib. O, 2019-cu ilin oktyabr ayında isə futbolçu karyerasını başa vurduğunu açıqlayıb.