“Real” ev oyunlarını "Santyaqo Bernabeu"da keçirməyəcək

“Real” ev oyunlarını "Santyaqo Bernabeu"da keçirməyəcək

"Real"ın prezidenti Florentino Peres La Liqa yenidən başladığı zaman qalan ev oyunlarını "Santyaqo Bernabeu" stadionunda keçirməyəcəklərini açıqlayıb. O bildirib ki, stadionda yenidənqurma işlərinə davam edə bilmək üçün bu qərarı veriblər. Klub prezidenti qalan matçların "Real"ın ikinci komandası -"Kastilya"nın ev oyunlarını keçirdiyi Alfredo Di Stefano stadionunda olacağını vurğulayıb. Bu qərarla "Santyaqo Bernabeu"da yenidənqurma işlərinin 2022-ci ildən tez başa çatacağı gözlənilir.