Britaniyalı şahmatçı liderliyi ələ alıb

Britaniyalı şahmatçı liderliyi ələ alıb


İyulun 26-da Almaniyanın Dortmund şəhərində "Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turniri start götürüb. 10 şahmatıçının dairəvi sistem üzrə mübarizəsində FİDE reytinqində yer alan zəka sahibləri mübarizə aparırlar.
Belə ki, burada Fabiano Karuana (İtaliya, 2796), Vladimir Kramnik (Rusiya, 2784), Van Hao (Çin, 2752), Maykl Adams (İngiltərə, 2740), Peter Leko (Macarıstan, 2737), Dmitri Andreykin (Rusiya, 2727), Arkadi Naydiç (Almaniya, 2710), Daniel Fridman (Almaniya, 2629), Georq Mayer (Almaniya, 2610) və İqor Henkin (Almaniya, 2605) birincilik uğrunda yarışırlar. 3 turdan sonra ingilis şahmatçısı Maykl Adams 2,5 xalla vahid liderdir. Kramnik və Mayer isə ilk üç yeri tuturlar - 2 xal. Qeyd edək ki, Almaniyada təşkil olana yarışa avqustun 4-də yekun vurulacaq.