İngiltərə klubunda yeni yoluxma halı

İngiltərə klubunda yeni yoluxma halı

İngiltərənin "Tottenhem" klubu koronavirus testlərinin nəticəsini açıqlayıb. Komanda üzvlərindən birində virusun simptomları aşkarlanıb. Adı açıqlanmayan şəxs növbəti test mərhələsinədək karantinə alınıb. Bu Premyer Liqa klubları arasında son analizlərdə yeganə yoluxma faktıdır.
Qeyd edək ki, İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.