"Trabzonspor" avrokuboklardan kənarlaşdırdı

"Trabzonspor" avrokuboklardan kənarlaşdırdı

UEFA Türkiyənin "Trabzonspor" klubunu cəzalandırıb.
Bu barədə qitə futbol qurumunun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, Qara dəniz təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün 1 il müddətinə avrokuboklardan kənarlaşdırılıb.
Komanda 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində UEFA-nın bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcək.