Baş məşqçi ilə müqavilə uzadıldı

Baş məşqçi ilə müqavilə uzadıldı

Ukrayna Futbol Federasiyası millinin baş məşqçisi Andrey Şevçenko ilə müqavilənin müddətini uzadacaq.

Bununla bağlı qərar qurumun sabah Lvovda keçiriləcək konqresi zamanı veriləcək. Yeni müqavilə qarşıdakı 2,5 illik dövrü əhatə edəcək. Şevçenko ilə müqavilə Qətərdə keçiriləcək DÇ-2022-nin (21 noyabr – 18 dekabr) sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, Şevçenkonun milli ilə müqaviləsi Avro-2020-nin sonuna qədər idi. Amma koronavirus pandemiyasına görə yarış gələn ilə keçirilib.