Çempionlar Liqası tarixinin reytinqi

Çempionlar Liqası tarixinin reytinqi

Çempionlar Liqası (keçmiş Çempionlar Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.

1955 - 2020-ci illəri əhatə edən siyahıya Azərbaycanın 7 klubu düşüb.
Yerli komandalardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi təsnifat və qrup mərhələri daxil olmaqla 41 xal toplayıb və 84-cü pillədə qərarlaşıb.
Aktivində 15 xalı olan "Neftçi" 169-cudur. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici "Bakı" (6 xal) klubuna məxsusdur. Hazırda fəaliyyət göstərməyən komanda 269-cu sıradadır.
Azərbaycanın bütün komandalarının reytinq sıralaması:
1) 84. "Qarabağ" - 41 xal
2) 169. "Neftçi" - 15 xal
3) 269. "Bakı" - 6 xal
4) 294. "Keşlə" (İnter) - 5 xal
5) 396. "Şəmkir" - 2 xal
6) 397. "Kəpəz" - 2 xal
7) 424. "Xəzər Lənkəran" - 1 xal