Lionel Messi fərdi məşq edir

Lionel Messi fərdi məşq edir

“Barselona” nın hücumçusu Lionel Messi fərdi olaraq məşq etməyə davam edir. Bu barədə klubun mətbuat xidməti xəbər verib.​ Bir müddət əvvəl argentinalı futbolçunun zədə aldığı barədə məlumat yayılmışdı. Bildirilir ki, L.Messi ilə yanaşı, fərdi proqram üzrə müdafiəçi Nelson Semedu da məşq edir.

Məlumat üçün bildirək ki, koronavirus pandemiyası səbəbi ilə fasilə verilən İspaniya çempionatının ilk oyunu iyunun 13-də keçiriləcək. Komanda “Malyorka” ilə səfər görüşündə üz-üzə gələcək. Lionel Messinin bu görüşdə iştirakı isə hələlik sual altındadır.