"Xəstəlik geridə qalıb"

"Xəstəlik geridə qalıb"

 

Rusiyanın​ "Spartak" klubunun​ sahibi Leonid Fedun yenidən vəzifəsinə qayıtdığını bildirib. Bir müddət əvvəl​ onun koronavirus xəsətliyindən əziyyət çekdiyi barədə məlumat verilmişdi. L.Fedun Tarasovkada yerləşən bazada idmançıları ​ziyarət edib və məşq prosesində​ iştirak edib.

"Komanda iştirakçılarına ​ və azarkeşlərə çətin dövrdə mənə dəstək olduqları üçün bir daha təşəkkürümü bildirirəm. Xəstəxanada olduğum müddətdə həddindən artıq dəstək ismarıcı aldım.​ Bu, həqiqətən də çox xoş idi. Xəstəlik geridə qalıb və mən yeni qüvvə ilə işə başlayıram. Birlikdə klubu yeni qələbələrə doğru aparacağıq",​ - deyə L.Fedun bildirib.

Məşqdən ​sonra Leonid Fedun məşqçi heyəti və baş direktor Tomas Sorn ilə bəzi məsələləri müzakirə edib.