“Sambaçı” yenidən İspaniyaya qayıtmaq istəyir

“Sambaçı” yenidən İspaniyaya qayıtmaq istəyir

Fransanın “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Neymar yay transfer pəncərəsində “Barselona”ya qayıtmağı düşünür.
Futbolçu bir il əvvəl buna yaxın olsa da, klublar qiymət barədə razılığa gəlməyiblər. Nəşrin məlumatına görə, parislilər pandemiya səbəbindən ulduz hücumçu üçün alınan məbləği azaltmağa hazırdırlar.
Futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.