“Sabah” və “Qarabağ” yoxlama oyununda üz-üzə gələcək

“Sabah” və “Qarabağ” yoxlama oyununda üz-üzə gələcək

Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra bu gün ölkəmizdə ilk futbol matçı keçiriləcək. Bu, “Sabah” və “Qarabağ” komandaları arasında keçiriləcək hazırlıq oyunu olacaq. Masazırdakı yoxlama matçı saat 19:30-da başlayacaq. Sabah isə 3 sınaq qarşılaşması birdən keçiriləcək.
Bunlar “Neftçi” – “Keşlə”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” görüşləridi.

Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqanın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub.

Yoxlama matçı 9 iyun 19:30. “Sabah” – “Qarabağ” Bakı. “Bank Respublika Arena” stadionu