“Çelsi” Kai Havertzi transfer edir

“Çelsi” Kai Havertzi transfer edir

“Bayer Leverkuzen”in futbolçusu Kai Havertz Premyer Liqada oynaya bilər. “Çelsi” hücumçunu transfer etmək üşün Bundesliqa təmsilçisinə təklif göndərib. “Zadəganlar” qarşı tərəfə 75 milyon avro ödəməyə razıdırlar. Yaxın günlərdə futbolçunun keçidinin baş tutacağı gözlənilir.
Qeyd edək ki, Kai Havertz Bundesliqada keçirdiyi 26 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə komandasına kömək edib.