Beynəlxalq şahmat turniri başa çatdı

Beynəlxalq şahmat turniri başa çatdı




Çexiyanın Patrubiçe şəhərində keçirilən beynəlxalq şahmat turniri artıq başa çatıb.
Bu turnirdə ölkəmzi üç zəka sahibi - Azər Mirzəyev, Bəhruz Rzayev və Zaur Məmmədov təmsil ediblər. Yarışın sonuncu turunda ağ fiqurlarla oynayan təmsilçimiz A.Mirzəyev rusiyalı şahmatçı Boqdan Belyakova uduzub. Hesabında 6,5 xal olan idmançımız turniri 11-ci pillədə başa vurub. Digər şahmatçılarımız isə ilk iyirmilikdə yer alıblar.
Çexiyada təşkil edilən beynəlxalq şahmat turnirinin qalibi rumıniyalı Liviu-Diter Nisipyanu olub. Qeyd edək ki, İsveçrə turniri üzrə keçirilən turnirdə 236 şahmatçı qələbə uğrunda mübarizə aparıb.