“Trabzon” transfer danışıqlarına başladı

“Trabzon” transfer danışıqlarına başladı

Türkiyənin “Trabzon” klubu heyətini gücləndirir. Belə ki. “bordo mavi”li komanda “Monako”nun yarımmüdafiəçisi Youssef Bennaseri transfer etməyə çalışır. Klub rəsmilləri danışıqlar aparmaq üçün Mərakeşli futbolçunun menecerini Türkiyəyə dəvət edib.
Qeyd edək ki, Youssef Bennaser peşəkar futbol karyerası müddətində yalnız Fransa klublarında oynayıb. Həmçinin futbolçu Mərakeş millisinə də çağrılır.