“Real” Hakimini transferə çıxarıb

“Real” Hakimini transferə çıxarıb

Əşrəf Hakimi Zinədin Zidanın növbəti mövsümdə planlarına daxil edilməyib. “Borussiya Dortmund”da icarə əsasında çıxış edən müdafiəçini bir sıra klublar transfer etmək istəyir. “Dortmund”dan başqa “Çelsi”, “Tottenhem” və “Mançester Siti” klubları da Hakiminin xidmətində maraqlıdır.
Qeyd edək ki, “Kral klubu”nun heyətində 17 oyuna çıxan futbolçu 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Müqavilə ilə “Real”a məxsus olan Mərakeşli futbolçu cari mövsüm icarə əsasında “Dortmund”a forma geyinib. 21 yaşlı müdafiəçi Mərakeş millisinin heyətində Rusiyada keçirilən Dünya çempionatında da iştirak edib.