Bundesliqada ən çox qaçan futbolçu

Bundesliqada ən çox qaçan futbolçu

Vladimir Darida Bundesliqada yeni rekord müəyyənləşdirib. “Herta Berlin”in yarımmüdafiəçisi bir matçda ən çox qaçan futbolçu olub. Çexiyalı yarımmüdafiəçi 90 dəqiqə ərzində 14.6 km məsafə qət edib. Maraqlıdır ki, bundan əvvəlki rekordlar da Vladimir Daridaya məxsusdur. Çexiya millisinin də formasını geyinən futbolçu bundan əvvəl 14.3 və 14.2 km məsafəni qaçıb.