Klublarımız yoxlama görüşündə güclərini sınayıblar

Klublarımız yoxlama görüşündə güclərini sınayıblar

Azərbaycan Premyer Liqasına hazırlıqlarını davam etdirən futbol klublarımız yoxlama oyununda güclərini sınayıblar. Beləki, ölkə futbolunun “flaqman”ı sayılan “Neftçi” klubu “Keşlə” ilə qarşılaşıb. “Bakcell Arena”da keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:1. “Neftçi”nin heyətində Emin Mahmudov (10, 12) və Rəhman Hacıyev fərqləniblər. Keşlə təmsilçisinin yeganə qolunu isə Kristovao vurub.
Qeyd edək ki, komandalar cari mövsümün sonuna 8 tur qalmış turnir cədvəlinin qonşu pillələrində qərarlaşıblar. “Neftçi” 37 xalla 2-ci, “Keşlə” 30 xalla 3-cüdür.
“Zirə” və “Səbail” klubları da yoxlama görüşündə güclərini sınayıblar. Paytaxt təmsilçiləri Zirə İdman Kompleksinin meydançasında qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Matçda “Zirə”nin qollarını Ağabala Ramazanov (10) və Mfo Kqasvane (69) vurub. “Səbail”in heyətində isə Maykl Essyen (30) və Turan Manafov (49) fərqləniblər.
"Sumqayıt" klubu isə iyunun 10-da "Qəbələ" ilə yoxlama oyunu keçirib. "Kapital Bank Arena"da keçirilən matçda qalib müəyyənləşməyib. Görüşdə "Sumqayıt"ın qollarını Elvin Cəfərquliyev (8) və Amil Yunanov (73) vurub. "Qəbələ"nin heyətində isə Roman Hüseynov (42) və Nikolas Raysel (60) fərqləniblər.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada 23 xalla 4-cü, "Qəbələ" isə 19 xalla sonuncu - 8-ci yerdədir. Turnirin iyunun 21-də bərpa ediləcəyi açıqlanıb.

Klublarımız yoxlama görüşündə güclərini sınayıblar Klublarımız yoxlama görüşündə güclərini sınayıblar