İyunun 12-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və İdea Şahmat Klubunun təşkilatçılığı ilə turnir keçiriləcək.
15 İyun - Milli Qurtuluş Gününə həsr olunacaq şahmat turniri açıq havada baş tutacaq.
İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 7 turdan ibarət olacaq. Bakıda təşkil olunacaq turnirdə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak edəcəklər.
Açıq havada şahmat turniri