Türk dövlətləri futbol çempionatı yaradır

Türk dövlətləri futbol çempionatı yaradır

Yeni futbol çempionatı yaradıla bilər. Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə yaradılacaq çempionatda türk dövlətlərinin klubları çıxış edəcəklər. Türkiyə, Azərbaycan, Kipr, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan klublarının iştirakı gözlənilir. Türkiyə Futbol Federasiyası klubları iştirakı ilə bağlı olaraq Macarıstan, Çuvaşıstan, Tatarıstan, Yakutya, Başqırdıstan və Tuva respublikaları ilə danışıqlar aparır.

Qeyd edək ki, çempionatda ölkəmizi "Qarabağ" və Neftçi" klublarının təmsil edəcəyi gözlənilir.