Millimizin mövqeyi dəyişmədi

Millimizin mövqeyi dəyişmədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan millisinin yeri dəyişməz qalıb. Hazırda baş məşqçisi olmayan yığma 1177 xalla 114-cü pillədə qərarlaşıb. Digər yığmaların mövqeyində də dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.

Reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) qərarlaşıb. Türkiyə millisi isə 1494 xalla 29-cu sıradadır.