Premyer Liqada CPVİD-19-a yoluxma halı artdı

Premyer Liqada CPVİD-19-a yoluxma halı artdı

İngiltərə Futbol Liqası (EFL) yeni koronavirus testlərinin nəticələrini açıqlayıb.
Testdən Çempionşipdəki 24 klubun 1192 nümayəndəsi keçib. Onlardan 6-da nəticə müsbət olub. Adları açıqlanmayan həmin şəxslərin hamısı özlərini təcrid edib.
Çempionşipdə 108 oyun və 3 - 7-ci yerləri tutacaq komandalar arasında ənənəvi pley-off qarşılaşmaları qalıb. Görüşlər azarkeşsiz keçiriləcək. Mövsüm iyunun 20-də bərpa olunacaq.
Qeyd edək ki, daha əvvəl İngiltərə Premyer Liqasında yoxlamaların 7-ci dalğası gerçəkləşib. Bütün futbolçular və klub nümayəndələrinin iştirak etdikləri testlərin nəticəsində yalnız 1 müsbət hal üzə çıxıb.