Keçmiş futbolçu məşqçi olmaq istəyir

Keçmiş futbolçu məşqçi olmaq istəyir

“Arsenal” klubunun keçmiş yarımmüdafiəçisi Rober Pires məşqçi karyerasına başlayacağını bəyan edib. Fransa millisinin tərkibində dünya və Avropa çempionu olan futbolçu 2016-cı ildə karyerasını bitirib. “Gələn il imtahan vermək niyyətindəyəm. Marsel Desayi gələcəkdə namizədliyim ilə maraqlananlar üçün mənə bu kursa başlamağı məsləhət gördü. Hesab edirəm ki, təcrübəmi gələcək nəsilə ötürüb, onlara yol göstərə bilərəm. Etiraf edim ki, həqiqətən futbol meydanı üçün darıxmışam”, - deyə R.Pires deyib.