FİFA futbolçulara mövsümdə 3 klubda oynamaq icazəsi verib

FİFA futbolçulara mövsümdə 3 klubda oynamaq icazəsi verib

FİFA müvəqqəti tənzimləmə dəyişikliklərini elan edib. Ali futbol qurumu futbolçulara bir mövsümdə üç klubda oynamağa icazə verib.
Bu addım oyunçuların işsizlik riskini azaltmaq üçün atılıb. Buna qədər FİFA-nın qaydalarına əsasən, bir futbolçu mövsüm ərzində yalnız iki klubda rəsmi matçlarda meydana çıxa bilərdi.
Eyni zamanda, futbol assosiasiyalarına müəyyən şərtlərlə cari mövsümün sonuna qədər 2020/21 mövsümü üçün ilk qeydiyyat dövrünü açmaq icazəsi verilib.