Azarkeş komandasının oyununu krandan izlədi

Azarkeş komandasının oyununu krandan izlədi

Polşa Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən "Şlyonsk" - "Visla Plotsk" matçı maraqlı hadisə ilə yadda qalıb. Belə ki, oyunu izləmək istəyən azarkeş icarəyə kran götürüb. "Şlyonsk" azarkeşi qarşılaşmanı 22 metr hündürlükdən izləyib.
Qeyd edək ki, qarşılaşma "Şlyonsk"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, koronavirus səbəbindən Polşada matçlara azarkeşlər buraxılmır.