"Fənərbağça" və "Trabzonspor"dan qələbə

"Fənərbağça" və "Trabzonspor"dan qələbə

Futbol üzrə Türkiyə Super Liqası 87 günlük fasilədən sonra bərpa olunub.

İlk oyun günündə iki qarşılaşma keçirilib.

"Fənərbağça" İstanbulda "Kayserispor"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Trabzonspor" isə səfərdə "Göztepe"ni 3:1 hesabı ilə üstələyib.

Bu nəticədən sonra "Fənərbağça" 43 xalla 7-ci pillədə qalıb, "Kayserispor" isə 22 xalla 18-ci sıradadır. "Trabzonspor" 56 xalla 1-ci, "Göztepe" isə 37 xalla 8-cidir.

27-ci turun digər oyunları 13 - 15 iyunda olacaq.