La Liqada turun növbəti görüşləri keçiriləcək

La Liqada turun növbəti görüşləri keçiriləcək

Dünəndən bərpa olunan İspaniya La Liqasında 28-ci tur bu gün 4 oyunla davam etdiriləcək.

Lider "Barselona" "Malyorka"nın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Bu, martda koronavirusa görə dayandırılmış La Liqada "Barselona"nın (və digər komndaların) ilk matçı olacaq.

Kataloniyalıların ən yaxn izləyicisi olan "Real" isə sabah "Eybar"ı qəbul edəcək.

La Liqa, 28-ci tur

13 iyun

 

19:00. "Selta" - "Vilyarreal"

21:30. "Leqanes" - "Real" Valyadolid

14 iyun

00:00. "Malyorka" - "Barselona"

16:00. "Atletik" - "Atletiko"

21:30. "Real" Madrid - "Eybar"