“Real”ın ulduz futbolçusu yenidən zədələndi

“Real”ın ulduz futbolçusu yenidən zədələndi

“Real Madrid” klubunun uelsli futbolçusu Qaret Beyl növbəti dəfə zədələnərək mövsümü erkən başa vura bilər. Bu haqda “RMC” nəşri xəbər yayıb. Q.Beyl bu mövsüm komandasına kömək edə bilməyəcək. Bu futbolçunun cari mövsüm aldığı beşinci zədə olub. Q.Beyl cari mövsümdə Madrid təmsilçisinin heyətində keçirdiyi 19 matçda 3 dəfə fərqlənib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.