İspaniya klubu cəzalandı

İspaniya klubu cəzalandı

İspaniyanın "Malyorka" klubu 301 avro məbləğində cərimələnib.
Buna La Liqanın XXVIII turunda "Barselona" ilə ev matçında meydana azarkeşin daxil olması səbəb olub.
Stadionlara azarkeşlərin buraxılması qadağan olduğu üçün "Malyorka"ya əlavə sanksiyalar da tətbiq edilə bilər.
Qeyd edək ki, qarşılaşma "Barselona"nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.