Fransalı alpinist Lüsi Düdi, Fransanın Qrenobl şəhəri yaxınlığında faciəvi şəkildə həlak olub. Məlumata görə, 16 yaşlı qız 150 metr hündürlüyündə bir qayadan yıxılıb.
Qeyd edək ki, o, yeniyetmələr arasında qayayadırmanma üzrə dünya çempionu, böyüklər arasında Avropa çempionatının mükafatçısı və 2019-cu ildə böyüklər arasında dünya çempionatının iştirakçısı olub. Bildirək ki, Lüsi Düdi 2021-ci ildə Olimpiya Oyunlarının proqramında debüt edəcək qayayadırmanma üzrə yarışlarda iştirak etmək hüququnu əldən vermişdi. Lakin buna baxmayaraq, idmançı 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında çıxış etməyi planlaşdırırdı.
16 yaşlı alpinist faciəvi şəkildə həlak olub