Xanım şahmatçılarımız Serbiyada mübarizə aparırlar

Xanım şahmatçılarımız Serbiyada mübarizə aparırlar

Serbiyanın paytaxtı Belqradda keçirilən şahmat üzrə qadınlar arasında 14-cü şəxsi Avropa çempiontı davam edir. Artıq yarışda 2 turun görüşləri arxada qalıb.
Xəbər verdiyimiz kimi, 35 ölkədən 169 şahmatçının (81 beynəlxalq qrossmeyster) iştirak etdiyi çempionatda ölkəmizi milli komandanın üzvləri, beynəlxalq qrossmeysterlər - Zeynəb və Türkan Məmmədyarova bacıları, Gülnar Məmmədova və beynəlxalq ustalar - Nərgiz Umudova, Nərmin Kazımova, Xəyalə Abdulla, FİDE ustaları Nərmin Xələfova və Səbinə İbrahimova təmsil edirlər. Çempionatda dördüncü turda ölkəmizi təmsil edən Nərgiz Umudova Serbiya şahmatçısı Maya Milanoviçi, Nərmin Kazımova isə Türkiyə şahmatçısı Kardelen Cemhanı məğlub edib.
Digər şahmatçılarımızdan Zeynəb Məmmədyarova Ekaterina Atalik (Avropa Şahmat İttifaqı) ilə, Səbinə İbrahimova Julia Koçetkova (Slovakiya) ilə, Türkan Məmmədyarova isə Viktoriya Korçagina (Rusiya) ilə heç-heçə ediblər.
Bununla belə, Gülnar Məmmədova, Zeynəb Məmmədyarova və Nərgiz Umudova hesablarına 2,5 xal, Nərmin Kazımova, Səbinə İbrahimova 2 xal, Nərmin Xələfova və Türkan Məmmədyarova isə 1,5 xal əlavə ediblər.
Çempionat avqustun 3-də başa çatacaq.