Dünya çempionu mitinqdə iştirak etdi

Dünya çempionu mitinqdə iştirak etdi

 

 

Formula 1 üzrə 6 qat dünya çempionu Luis Hamilton Britaniyanın paytaxtı Londonda irqçiliyə qarşı mitinqdə iştirak edib.

Britaniyalı pilot "mürəkkəb və multikultural dünyada bərabərliyi təbliğ edən" təşkilat yaratdıqlarını elan edib.

Hamilton Krallığın Mühəndislik Akademiyası ilə birlikdə əlverişsiz iqtisadi və sosial şəraitdə olan azlıqların təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyatla bağlı bilikləri öyrənmələrini asanlaşdırmaqda vasitəçi olmaq niyyətindədir.

Daha əvvəl Hamilton ulduz idmançıları müasir cəmiyyətdəki irqçilik problemi ilə bağlı açıq şəkildə mövqelərini bildirməyə çağırıb.