Cüdoçular Bakı İdman Sarayında bir araya toplaşacaqlar

Cüdoçular Bakı İdman Sarayında bir araya toplaşacaqlar
Fevralın 7-də Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə respublika birinciliyinə start veriləcək. İki gün davam edəcək yarışda respublikanın şəhər və rayonlarından olan klub və cəmiyyətlərindən 450-ə yaxın cüdoçu qüvvəsini sınayacaq. Respublika birinciliyinin mükafatçıları fevralın 8-də müəyyənləşəcək.