“Saatlar ölkəsi”ndə zəka mübarizəsi

“Saatlar ölkəsi”ndə zəka mübarizəsi

İyulun 22-də İsveçrənin Bil şəhərində beynəlxalq şahmat festivalı start götürüb. İki dövrədən ibarət yarışda 6 şahmatçı mübarizə aparır.
Maksim Vaşye-Laqrav (Fransa, 2719), Yan Nepominayuşi (Rusiya, 2717), Eten Bakro (Fransa, 2714), Din Lijen (Çin, 2714), Aleksandr Moyisenko (Ukrayna, 2699) və Riçard Rapport (Macarıstan, 2693) kimi tanınmış şahmatçıların iştirak etdiyi yarışda 6 tur arxada qalıb. Keçirilən qarşılaşmalardan sonra yarış cədvəlinə fransalı şahmatçı Etyen Bakro başçılıq edir - 10 xal. Din Lijen 9 xalla ikinci, Maksim Vaşye-Laqrav və Aleksandr Moyisenko isə hərəyə 7 xalla növbəti yerləri bölüşdürürlər.
Yarış davm edir. Beynəlxalq şahmat festivalının qalibi avqustun 1-də məlum olacaq.