Olimpiya obyektlərinin tikintisində yeyinti aşkar edilib

Olimpiya obyektlərinin tikintisində yeyinti aşkar edilib

Krasnodar prokurorluğu Soçi-2014 Olimpiya Oyunlarına hazırlıq çərçivəsində burada aparılan tikinti işlərində yeyinti halına rast gəlib. Bu barədə məlumatı Krasnodar vilayətinin prokuroru Leonid Korjinek verib.
Olimpiya obyektində aparılan yoxlamalar 170 milyon rus rublunun mənimsənildiyini aşkar edib. Prokurorluq yoxlamadan sonra 17 Olimpiya obyektinin tikintisində meydana çıxan ləngimə hallarının aradan qaldırıldığını bildirib.