Pandemiya səbəbindən Formula 1 rəhbərliyi bir ölkədə 2 Qran-Pri keçirməyə razılıq verib. Hazırda Avropada təşkil olunacaq 8 yarışın təqvimi məlumdur ki, bunlardan da 4-nə Avstriya və Böyük Britaniya ev sahibliyi edəcək.
Mövsümə iyulun 3-də Avstriya Qran-Prisi ilə start veriləcək. İyulun 4-də təsnifat, bir gün sonra isə final mərhələsi olacaq.
Bir həftə sonra Avstriyada ikinci Qran-Pri keçiriləcək. İyulun 19-da Macarıstan yarışının ardından Böyük Britaniya ardıcıl olaraq 2 yarışa ev sahibliyi edəcək. Silverstoundakı ilk final avqustun 2-də, ikinci həlledici mərhələ isə bir həftə sonra olacaq. Ardınca isə İspaniya, Belçika və İtaliya Qran-priləri təşkil ediləcək.