XXII Olimpiadanın qaliblərinə meteorit veriləcək

XXII Olimpiadanın qaliblərinə meteorit veriləcək


2014-cü ildə Rusiyanın Soçi şəhərində keçiriləcək XXII Qış Olimpiya Oyunlarının qaliblərinin müəyyən hissəsinə Çelyabinsk şəhərinin yubileyi şərəfinə əlavə meteorit medal təqdim ediləcək. Qeyd edək ki, "Çelyabinsk” adı verilən meteorit bu ilin fevral ayının 15-də yerə düşüb. Yerə düşən meteoritin zərbə dalğası Çelyabinsk şəhərində şüşələri sındırıb və 1,6 min adama ziyan vurub.
Bu xüsüsi medalın fevralın 15-də yarışda iştirak edən və qalib gələn idmançılara veriləcəyi planlaşdırılır. Bu da meteoritin yerə enməsi gününə təsadüf edir.
"Biz medalları həmin gün qızıl medal almış bütün idmançılara təqdim edəcəyik. Axı meteorit də olimpiada kimi dünya əhəmiyyətli hadisədir”, - deyə Uralın mədəniyyət naziri Aleksey Betextin bildirib.