Azərbaycan idmanına itki üz verib. Dünən gecə qəflətən halı pisləşən zorxana ustası Rüfət Gülaliyev vəfat edib. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanovun “Olimpiyadunyası.com” və “Olimpnews.az” saytına verdiyi məlumata görə 22 yaşlı idmançının ölümü ürəyində yaranan problemlə əlaqədardır. Bakıda yaşayan idmançı bu gün Ağcabədi rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, Rüfət Gülalıyev 1998-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.