Fransanın “Reno” komandası Fernando Alonso ilə müqavilə bağlaması barədə rəsmi məlumat yayıb. İkiillik fasilədən sonra Formula 1 üzrə ispaniyalı ikiqat dünya çempionu yenidən “kral yürüş”lərində iştirak edəcək. Gələn il üçün iddialı olan komanda bunun üçün texniki potensialını artırmağa çalışır. Üstəlik “Reno”da peşəkar pilota da ehtiyac duyulur.
Növbəti mövsümdən Fransa təmsilçisinin heyətində çıxış edəcək Alonso üçün “Reno” yad komanda deyil. O, 2003-cü ildə karyerasına məhz “Reno”da başlayıb. 2007-ci ilədək bu komandanın şərəfini qoruyan ispaniyalı pilot hətta “Maklaren”ə keçənə qədər iki dəfə dünya çempionu olub.
Xatırladaq ki, Alonso 2018-ci ildə Formula 1-dən ayrılaraq müxtəlif sürət kateqoriyalı yarışlarda qüvvəsini sınayıb. O, WEC, “La Manş 24 saatı” və “Daytonun 24 saatı” yarışlarının qalibi olub. Alonso sonuncu dəfə bu ilin əvvəlində “Dakar” ralli-marafonunda gücünü sınayıb. O, mətbuata açıqlamasında Formula 1-ə qayıtmaq istəyini dəfələrlə ifadə edib.