Bu dəfə medalları 19-cu Dünya Makkabiadasında qazandıq

Bu dəfə medalları 19-cu Dünya Makkabiadasında qazandıq



İsraildə keçirilən 19-cu Dünya Makkabiadası artıq başa çatıb. Ölkəmizi bu yarışda karate, cüdo, sərbəst güləş, boulinq, şahmat və badminton idman növləri üzrə 10 idmançı təmsil edib.
Makkabiadanın nəticələrinə görə, 75 kq çəki dərəcəsində cüdo üzrə təmsilçimiz Rəşad Hüseynov və 66 kq çəki dərəcəsində Turan Seyidov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər.
Cüdoçumuz Andrey Fatiyev (100 kq-dan yuxarı) və sərbəst güləşçimiz Məhəmməd Əskərov (54 kq) isə gümüş medalla kifayətləniblər. Digər cüdoçumuz Aleksandr Mordvinkin (100 kq-dan yuxarı) və karate ustası Əmil Hasiyev (84 kq) Makkabiadanın bürünc medalına sahib olublar.
Qeyd edək ki, XIX Dünya Makkabiadasında 75 ölkədən doqquz min idmançı qələbə uğrunda mübarizə aparıb.