Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı sərbəst güləşçi Bilal Maxovu 2012 London Yay Olimpiya Oyunlarının qalibi kimi tanıyıb.
Beynəlxalq qurumun rəsmi saytında yer alan xəbərə görə, idmançının olimpiada vaxtı qazandığı bürünc medal qızılla əvəzlənib.
Bu, 120 kq çəki dərəcəsində birinci yeri tutmuş Özbəkistan təmsilçisi Artur Taymazov və ikinci yerin sahibi Davit Modzmanaşvilinin antidopinq qaydalarını pozmaları səbəbindən diskvalifikasiya edilmələri ilə əlaqədardır. London-2012-də yarımfinalçı olmuş Maxovla yanaşı, digər bürünc medalçı, iranlı Komeyl Qasemi də qızıl medal alacaq.
Qeyd edək ki, Bilal Maxov London olimpiadasının 1/16 finalında Azərbaycan təmsilçisi Cəmaləddin Məhəmmədovu məğlub edib.
Rusiyalı güləşçı 8 ildən sonra olimpiya çempionu elan edildi