“Mersedes”in pilotu Luis Hamilton Formula 1-in pandemiya şəraitində insanlar arasında əlaqələri minimuma endirmək üçün Ştiriya Qran-Prisi yarışlarının mükafatlandırma mərasimi zamanı istifadə etdiyi mexaniki tumbalar haqqında fikirlərini bildirib.
“Tumbalardan kuboku qəbul etmək qəribə hiss idi. Hesab edirəm ki, robot-arablar ağılasığmazlıqdır. Hərkəs virus səbəbi ilə testləri verib və ehtiyat tədbirlərinə riayət edir. Kubokun mənə uzaqdan atılmasını və ya başqa bir yol ilə təqdim edilməsinə razı idim. Ümumiyyətlə, hər şey çox qəribədir. Yarış müddətində hər şey əvvəlki kimi olduğu görünür. Xüsusi ilə də Spielberqdə, çünki burada azarkeşlərin oturacaqları trassdan uzaqda yerləşir və onları görmək çətindir. Lakin avtomobildən çıxdıqda hər şeyin necə dəyişdiyini görmək mümkündür. Azarkeşlərsiz yarışların ab-havası yoxdur sanki. Azarkeşlər üçün çox darıxıram”, - deyə idmançı bildirib.