Beynəlxalq Gimnastika Federasiyasının konqresinin vaxtı dəyişdirilib

Beynəlxalq Gimnastika Federasiyasının konqresinin vaxtı dəyişdirilib

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) konqresinin vaxtı dəyişdirilib. Bu barədə FIG-nin İcraiyyə Komitəsi qərar qəbul edib. Konqresin əvvəlcədən oktyabrın 23-25-də keçirilməsi planlaşdırılırdı. Yeni qərara əsasən, tədbir gələn il oktyabrın 29-31-də Antalyada təşkil olunacaq. Qeyd edək ki, quruma üzv 148 milli federasiyadan 142-si qərarı dəstəkləyib.