Milli komandamız 114-cü yerdə qalıb

 

Milli komandamız 114-cü yerdə qalıb   

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb. Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də​dəyişiklik olmayıb. Qeyd edək ki, siyahıya​ 1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.