Həkimlər tədricən dördqat paralimpiya çempionu və Formula 1-in keçmiş pilotunu Alessandro Zanardini süni koma vəziyyətindən oyadırlar. Xəstənin vəziyyətini qiymətləndirmək üçün isə həkimlərə bir neçə gün vaxt lazımdır.
Xatırladaq ki, 53 yaşlı idmançı iyunun 19-da yol-nəqliyyat hadisəsində xəsarət alıb. Belə ki, A.Zanardi velosiped yarışı zamanı nəzarəti itirərək, qarşı zolağa çıxıb və yük maşınına çırpılıb. O, ağır kəllə-beyin zədələnməsinə məruz qalıb. O, bir neçə əməliyyat keçirsə də, hələ də huşsuz olduğu bildirilir.
Həkimlər pilotu xilas etməyə çalışırlar