Təmsilçilərimiz Batumidən uğurlu nəticə ilə qayıdıblar

Təmsilçilərimiz Batumidən uğurlu nəticə ilə qayıdıblar

İyulun 22-28-də Gürcüstanın Batumi şəhərində «Batumi Open - 2013» beynəlxalq şahmat turniri keçirilib. Yarışda 3 ölkədən (Gürcüstan, Azərbycan, Ermənistan) 30 yeniyetmə şahmatçı birincilik uğrunda mübarizə aparıb. Ölkəmizi bu yarışda 7 zəka sahibi təmsil edib. Təmsilçilərimizdən Leyla İbrahimli 12 yaşınadək qızlar arasında bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb. 10 yaşınadək qızların yarışında mübarizə aparan Zeynəb İsmayılzadə gümüş medalla kifayətlənib. 2 saylı Uşaq - Gənclər Şahmat İdman Məktəbinin gənc şahmatçısı Əhməd Əhmədzadə isə 10 yaşınadək şahmatçıların mübarizəsində 5,5 xal toplayaraq «Batumi Open - 2013» beynəlxalq turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, bu medal gənc zəka sahibimizin bu ilin aprel ayından başlayaraq iştirak etdiyi yerli və beynəlxalq yarışlarda qazandığı sayca 5-ci medalıdır. Eyni xala malik olan Ayxan Ələkbərzadə və Cavid Əlizadə yalnız şəxsi əmsallara görə müvafiq olaraq II-III yerləri tutublar. 8 yaşınadək qızların yarışında isə Nəzrin Ələkbərli turniri qızıl medalla başa vurub.