Əli Rəhimzadə 1997-ci il noyabr ayının 23-də Astaranın Maşxan kəndində anadan olub. O, uşaq yaşlarından idmana maraq göstərib. Atası kimi güləşi seçib. Onun idmanla məşğul olduğu vaxtlarda ilk məşqçisi atası Ceyhun Rəhimov olub. O, 2003-cü ildə Maşxan kənd tam orta məktəbində ilk təhsilinə başlayıb sonradan ailəsi ilə birlikdə Bakıya köçərək, Nərimanov rayonu 45 nömrəli tam orta məktəbində təhsilini davam etdirmişdir. O beşinci sinifdə oxuyarkən Daxili İşlər Nazirliyinin tərkibində olan "Dinamo” İdman Cəmiyyətinə yazılaraq polis polkovniki İlham Mustafayevin müəllimliyi ilə sərbəst güləşlə məşqlərini davam etdirir. Dəfələrlə respublika çempionatlarında birinci yerə layiq görülüb. O, 2017 ci ildə Almaniyanın Dortmund şəhərində Avropa çempionatında 60 kq çəkidə qızıl medalı, 2017-ci ildə İran İslam Respublikasının Kirmanşah əyalətində keçirilən yeniyetmələr arasında dünya çempionatında 61 kq cəkidə bürünc, 2018- ci ildə Ruminiyanın Buxarest şəhərində Dünya çempionatında 65 kq çəkidə gümüş, 2020-ci ildə İtaliyanın Roma şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında 65 kq çəkidə bürünc medalı qazanıb. Dünən Astara rayon Gənclər və İdman İdarəsində İdarənin rəisi Ərçə Əliyev idmançı ilə görüş keçirib. Gənc güləşçiyə məşqlərində və şəxsi həyatında uğurlar arzulayıb. Sonda idmançı ilə xatirə şəkili çəkilib.
Rufan Şirinov,
RGİİ-nin aparıcı
məsləhətçisi