Cari mövsüm Formula 1 üzrə Almaniya Qran-prisi Nürburqrinq avtodromunda gerçəkləşəcək. Yarış 9 - 11 oktyabrda olacaq. Daha əvvəl Hokkenhaymın yarışa ev sahibliyi edə bilməyəcəyi müəyyənləşib. Almaniyadan sonra Portuqaliya (23 -25 oktyabr), daha sonra San-Marinoda (30 oktyabr - 1 noyabr) Qran-priyə ev sahibliyi edəcək.
Qeyd edək ki, Nürburqrinqdə sonuncu yarış 2013-cu ildə keçirilib.